Premyer Liqa

İLK DƏFƏ BİZDƏ: “Böyük oyun” televiziya vasitəsiylə canlı yayımlanacaq

Həftəsonu keçiriləcək “Xəzər Lənkəran” – “Neftçi” matçının heç bir kanal vasitəsi ilə canlı yayımlanmayacağı açıqlanmışdı.

Buna səbəb Cənub klubunun “İdman Azərbaycan” telekanalından yayım üçün pul tələb etməsidir.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, “Böyük oyun” böyük ehtimalla televiziya vasitəsi ilə canlı yayımlanacaq. 

Məlum qalmaqaldan sonra rəqib azarkeşlərin səfər oyunlarına getməmə qadağasına görə, PFL də bu oyun canlı yayımlanması üçün cəhd göstərir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43