Dünya futbolu

“Barselona” Neymarın transferinə 17 milyon avro ödəyib – FOTO

“Barselona”nın Neymarın transferi üçün “Santos”a 17 milyon 100 min avro ödədiyi dəqiqləşib.

Braziliyanın “Globoesporte” qəzetinin yaydığı xəbərə görə, Kataloniya klubu braziliyalı hücumçunun transferi üçün FİFA-ya göndərdiyi müqavilədə təzminat qiymətini 17 milyon 100 min avro göstərib.

Qeyd edək ki, bir müddət əvvəl “Barselona” rəsmi saytında Neymarın transferin üçün 57 milyon 100 min avro təzminat ödədiyini yazıb.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43