Kateqoriyasız

“Qarabağ” böyük potensiala malik klubdur”

Avropa Parlamentinin deputatı Tomaş Poreba “Qarabağ haqda müsbət fikirlər bildirib.

İdmanxeber.az-ın məlumatına görə, o, şəxsi Tvitter səhifəsində Ağdam klubu haqda yazıb: “Qarabağ” böyük potensiala malik və yaxşı təşkil olunmuş klubdur”.

 

Tomaş Poreba Polşanın “Veçista” klubunun baş məşqçisi Dariuş Marzek və onun köməkçisi Yanusz Svieradın “Qarabağ”da təcrübə keçməsinə kömək etdiyinə görə şad olduğunu bildirib.

Qeyd edək ki, Dariuş Marzek və  Yanusz Svierad “Qarabağ”da bir həftəlik təcrübə keçəcəklər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43