Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda sabah səfərdə “Monako” ilə qarşılaşacaq “Qarabağ” Fransadadır.
İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Ağdam klubu dünən 18:00-da Bakını tərk edib. Bakı-Monako reysi ilə hərəkət edən komandatəxminən 5 saatlıq uçuşdan sonra Monako şəhərinə çatıb, oradan isə Nitsaya yollanıb. Komanda axşam yeməyindən sonra istirahətə çəkilib.
Sabah “Qarabağ” oyunun keçiriləcəyi stadionda sonuncu məşqinə çıxacaq.