Kateqoriyasız

“Qarabağ” istədi, dünya nəhəngi də maraq göstərdi

“Qarabağ”ın maraqlandığı və heyətinə qatmaq istədiyi Almaniya “Borussiya”sının qapıçısi Roman Bürki Fransa “Sent Etyen”inin maraq dairəsindədi.

İdmanxeber.az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, Fransa klubu 31 yaşlı qolkiperin mümkün transferi üçün Dortmund təmsilçisinə müraciət ünvanlamağı  düşünür.

Daha öncə “Atletiko” (Madrid) və “Bazel”in də Bürkini transfer edə biləcəyi ilə bağlı məlumatlar çıxmışdı.

Hazırda qapıçı ona gələn təklifləri gözdən keçirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43