Hazırda Antalyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” klubu bu gün ikinci yoxlama oyununa çıxacaq.
İdmanxeber.com-un məlumatına görə, Ağdam klubunun qardaş ölkədə keçirəcəyi ikinci sınaq matçındakı rəqibi İsveçrənin "Sürix" komandası olacaq.
Matçın start fiti Bakı vaxtı ilə saat 19:00-da veriləcək.
Qeyd edək ki, ilk yoxlama görüşündə Xorvatiyanın "RNK Split" klubu ilə qarşılaşan "Qarabağ" rəqibinə 1:3 hesabı ilə uduzub.
21 yanvar
Yoxlama oyunu
19:30. "Qarabağ" (Azərbaycan) – "Sürix" (İsveçrə) 1:1
Qol: Marko Şembela, 28