Kateqoriyasız

“Neftçi” Ukrayna klubunu məğlub etdi

Hazırda Antalyada olan "Neftçi" bu gün növbəti yoxlama matçına çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, Arif Əsədovun komandası Ukraynanın “Volın” klubu ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Qeyd edək ki, “Neftçi” Antalyada üç yoxlama oyunu keçirib. "Ağ-qaralar" Səudiyyə Ərəbistanının “Hajer” (3:1), Türkiyənin “Kayseri Ərciyəsspor” (0:0) və “Elazığspor” (0:1) klubları ilə üz-üzə gəlib.

Yoxlama oyunu

21 yanvar

19:30. "Neftçi" – "Volın" 4:3

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43