Ölkə futbolu

“Qarabağ” nə qədər imkan verirsə, o qədər oynayırsan” – Elmar Baxşıyev

Azərbaycan Kubokunun ¼ finalında keçirilən “Qarabağ” – “Qəbələ” (3:1) sonra təşkil edilın mətbuat konfransında qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə matç barədə fikirlərini bildirdi…

– Kubok qarşılaşmaları iki oyundan ibarətdi. Rəqibin kimliyi, səviyyəsi hamıya məlumdu. Bizim də hazırlığımız var idi. Əzmkarlığın hesabına rəqibə müqavimət göstərmək istəyirdik. Hardasa alındı, sonda keyfiyyət sözünü dedi. Komandalar arasında fərq böyükdü. Futbolçularımın mübarizliyinə və göstərdikləri oyuna görə şadam. Daha yaxşı oynaya biləcək kollektivimiz var.

– Müdafiədə boşluqlarınız var idi. Perspektivli Murad Musayev isə son zamanlar oynamır…
– Bütün futbolçulardan istifadə edirik. Bugünkü oyuna ən optimal heyət bu idi. Qarşıdakı matçlarda ona da şans verəcəyik. Bütün komanda müdafiə olunmaı bacarmalıdı. Səhvi yalnız müdafiəçilərdə görmürəm.

– Zubir və Andrade meydana daxil olandan sonra “Qarabağ” daha böyük üstünlük qazandı. Bu, həmin oyunçuların keyfiyyəti ilə bağlı idi, yoxsa komandada yorğunluq var idi?
– Biz oyuna öz prizmamızdan hazırlaşırıq. Unutmamalıyıq ki, rəqib “Qarabağ” idi. “Qarabağ” nə qədər imkan verirsə, o qədər oynayırsan. Zubirin, Andradenin keyfiyyəti bəllidi. Yeni oyunçuların meydana çıxması işimizi çətinləşdirdi.

– Sonda vurulan qol növbəti mərhələ baxımından sizə nə qədər şans qazandırır?
– Şans həmişə var. Desək ki, növbəti matça tam motivasiyasız çıxacağıq – yox. Əlimizdən gələni edəcəyik ki, şansımızdan istifadə edək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43