VAR (Video Assistant Referee) sistemi Azərbaycanda növbəti dəfə sınaqdan keçirilib.
İdmanxeber.az “Qarabağ”ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün “Azersun Arena”da sistemdən istifadə olunub.
Sınaq testi “Qarabağ” və “Neftçi”nin U-17 komandalarının yoldaşlıq oyununda baş tutub.
Daha əvvəl Azərbaycan U-17 – “Şamaxı” U-19 matçında VAR sistemindən istifadə edilib.