Kateqoriyasız

Benzema bunu da bacardı!

“Real”ın üzvü Kərim Benzema UEFA Çempionlar Liqasında yeni uğura imza atıb.

İdmanxeber.az-ın məlumatına görə, 35 yaşlı hücumçu buna İngiltərədə “Mançester Siti”yə 3:4 hesabı ilə uduzduqları yarımfinal mərhələsinin ilk oyununda dubl etməklə nail olub.

Fransalı forvard bir mövsüm səfərdəki pley-off matçlarında eyni ölkənin klublarına 5 qol vuran ilk oyunçu kimi tarixə düşüb. Benzema daha əvvəl İngiltərənin digər təmsilçisi “Çelsi”yə səfərdə 3:1 hesabı ilə qalib gəldikləri 1/4 final mərhələsinin ilk oyununda “het-trik” etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43