Kateqoriyasız

Türkiyə klubu “Qarabağ”la növbəti dəfə danışıqlara başlayır

Türkiyənin “Ankaragücü” klubu icarə əsasında komandada çıxış edən Kvabena Ovusunu birdəfəlik transfer etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, I liqa təmsilçisi müqavilə ilə “Qarabağ”a məxsus olan qanalı futbolçunu heyətində saxlamağı düşünür. Yayda icaə müddəti başa çatan Ovusu özü də Türkiyədə qalmaqda maraqlıdır.

“Ankaragücü” Ovusunu birdəfəlik transfer etmək istəyir və bununla bağlı yaxın zamanda Ağdam klubu ilə danışıqlara başlayacaq.

“Qarabağ”la müqaviləsi 2023-cü ilin yayına qədər olan Ovusu mövsümün əvvəlindən “Ankaragücü”ndə çıxış edir. O, bu komanda ilə 22 oyunda 10 qol vurub, 4 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43