Kateqoriyasız

DİN-dən polislərin zor tətbiq etdiyi azarkeşlə bağlı açıqlama

Yerli mətbuatda yayılan məlumata görə, futbol üzrə 1-ci divizionun 24-cü turunun MOİK – “Sumqayıt-2” matçının sonlarına yaxın tribunada insident yaşanıb. Belə ki, polis əməkdaşları MOİK azarkeşini tribunadan uzaqlaşdırıb. Polislər azarkeşin səs-küy salmasını səbəb göstərərək, onu tribunadan uzaqlaşdırıb.

Azarkeş tribunanı tərk etmək istəməsə də, hüquq-mühafizə orqanlarının əməkdaşları onu zorla tribunadan çıxarıb.

idmanxeber.az xəbər verir ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və İctimaiyyətlə əlaqələr Şöbəsinin rəisi Elşad Hacıyev sözügedən hadisədə hansısa hüquqazidd hal olmadığını söyləyib:

“Məsələ araşdırılıb. Xidmətə cəlb edilən əməkdaşlar tərəfindən həmin şəxs intizama dəvət edilib”. (Yeniavaz)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43