Kateqoriyasız

Azərbaycanlı hakim Avropa çempionatının final mərhələsinə təyinat alıb

FİFA dərəcəli hakim köməkçisi Pərvin Talıbov UEFA-dan təyinat alıb.

İdmanxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 17 yaşadək futbolçular arasında İsraildə keçiriləcək Avropa çempionatının final mərhələsinin oyunlarında hakim köməkçisi olacaq.

Qeyd edək ki, Avropa çempionatı 16 may – 1 iyunda gerçəkləşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43