Kateqoriyasız

“Dinamo” Mahirdən gələn bu xəbərə məyus oldu

Xorvatiyanın “Dinamo” klubunda çıxış edən Mahir Emreli zədələnib.

Idmanxeber.az xəbər verir ki, azərbaycanlı forvard çempionatın XXXII turunda “Qoritsa” ilə (1:0) oyunda çiynindən xəsarət alıb.

24 yaşlı oyunçunun bərpası üçün vaxt lazımdır. Mahir “Dinamo”nun mayın 1-də “Lokomotiva”ya qarşı keçirəcəyi derbi oyununu buraxa bilər.

Emreli Xorvatiya çempionatında meydana çıxdığı 7 oyuna 2 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43