Kateqoriyasız

“Qarabağ” onunla vidalaşdı – Bu kluba keçir

“Qarabağ” qapıçısı Emil Balayevlə yollar ayırıb.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Ağdam təmsilçisi Emil Balayevə kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

27 yaşlı qolkiper karyerasını Qazaxıstanın Premyer Liqa təmsilçisi “Turan”da davam etdirəcək və o, artıq bu gün sözügedən ölkəyə yola düşür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43