“Qarabağ” klubu sosial şəbəkə hesabından diqqət çəkən paylaşım edib.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisi martın 26-da “Qalatasaray”la keçiriləcək yoldaşlıq matçı barədə “Yoldaşlıq deyil, Qardaşlıq oyunu” yazıb.
Azərbaycan çempionu qarşılaşmadan əldə olunacaq bütün gəlirlərin Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcəyini vurğulayıb.