Dünya futbolu

“Barselona” ispaniyalı müdafiəçi ilə anlaşdı

“Barselona” heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.

İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubu “Atletik”in üzvü İniqo Martinesi rənglərinə bağlamaq niyyətindədir. Futbolçu artıq “Barselona” ilə razılaşıb.

Ancaq Martines “Barselona”nın maliyyə durmuna görə mümkün cəzalanma ehtimalından narahatdır. O, belə bir problemlə üzləşməyəci barədə rəhbərlikdən təminat almaq istəyir.

31 yaşlı müdafiəçi cari mövsüm La Liqada 11 oyunda forma geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43