Kateqoriyasız

“Qarabağ” tayı-bərabəri olmayan hekayəyə sahibdir” – Tahir Gözəl

“Qarabağ” artıq 9 ildir avrokuboklarda qrup mərhələsində iştirak etməsi bizim üçün böyük uğurdur”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri  “Qarabağ”ın prezidenti Tahir Gözəl “beIN SPORTS” kanalına açıqlamasında deyib. O, daha sonra belə davam edib:

“Qarabağ” dünyada tayı-bənzəri olmayan çox gözəl hekayəyə sahibdir. Biz öz Vətəninə həsrəti dilə gətirmişik, bunun üçün yola çıxmışıq. Klubun bu səviyyəyə gəlməsində Ümummilli lider Heydər Əliyevin ən böyük xəyalı və əmri idi. Biz də bu müqəddəs vəzifəni üzərimizə götürdük.

Əlbəttə, bu yolda baş məşçqimiz Qurban Qurbanovun da əməyi az deyil. Onunla 14 il əvvəl yola çıxdıq. Qarabağ adının məsuliyyətinin, mənəviyyatının, xalqımız, türk dünyası üçün olan önəminin fərqində idik. Qurban hocanın da mənəviyyatı, dürüstlüyü, şəxsiyyəti, peşəkarlığı və əldəki imkanlarla möcüzələr yaratması “Qarabağ”ı bu yerlərə gətirdi.

İkinci Qarabağ müharibəsi zamanı ev oyunlarımızı Türkiyədə keçirdik. Bizim üçün başqa seçim ola bilməzdi. Ora da öz Vətənimzidir. Rəqibləri “Başakşehir”in stadionunda qəbul etdik, hətta qrupda “Sivasspor”la da qarşılaşdıq. Həmin vaxt koronavirus pandemiyasına görə boş tribunalar önündə çıxış edirdik. Amma ora gedəndə Türkiyədə yüzlərlə konvoyla qarşılaşdıq və yola salındıq. Çox gözəl mənəvi duyğular yaşadıq. Buna görə çox xoşbəxtik”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43