Kateqoriyasız

Gürcüstanlı futbolçu “Qarabağ”a keçir? – özü açıqladı

Macarıstanın “Fehervar” klubunun hücumçusu Budu Zivzivadze karyerasını Azərbaycanda davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, gürcüstanlı futbolçunun adı bir müddətdir “Qarabağ”la hallanır. 28 yaşlı forvard yerli mətbuata açıqlamasında bu barədə danışmaq istəmədiyini, ancaq uyğun bir təklif gəldiyi təqdirdə bunu dəyərləndirə biləcəyini bildirib: “Hazırda sırf hansısa klubla danışıqlar getmir. Özümü xoşbəxt hiss edirəm və bu, mənə kifayətdir”.

Qeyd edək ki, Budu Zivzivadze  2020-ci ilin yayından “Fehervar”da çıxış edir. Onun klubla müqaviləsi 2023-cü ilin iyun ayına kimidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43