Premyer Liqanın XXVI turunun “Qarabağ” – “Zirə” oyunu mövsümün ilki ilə əlamətdar olub.
İdmanxeber.az xəbər verir ki, “Azersun Arena”dakı görüşdə vərəqə qeydə alınmayıb. Baş hakim Kamal Umudlu 90 dəqiqə ərzində futbolçulardan heç birinə vərəqə göstərməyib. Bu, mövsümdə ilk belə hadisədir.
“Qarabağ” – “Zirə” matçı 0:0 hesabı ilə başa çatıb.