Kateqoriyasız

“Psixoloji problemlərim oldu” – “Sabah”ın legioneri

“Bir neçə gün düzgün qidalanmadım, yatmadım, gəzmədim və məşq etmədim. Psixoloji problemlərim oldu. Şübhəsiz ki, yaşadıqlarım çox ağırdır. Son bir neçə oyunda özümü daha yaxşı hiss edirəm və inkişaf etdiyimi görürəm”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Sabah” klubunun futbolçusu Lukas Rangel Ukraynadan ayrılması ilə bağlı “Terra” nəşrinə açıqlamasında deyib.

Braziliyalı hücumçu “Səbail”ə səfərdə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının 26-cı tur oyunundakı qolu barədə də danışıb:

“Bu qolu əvvəldən vurmaq istəyirdim, amma top qapıya girməməkdə israr edirdi. Sevinirəm ki, fərqlənə bildim. Qol həmişə sevincə səbəb olur. Ümid edirəm ki, qol vurmağa və “Sabah”a köməklik göstərməyə davam edəcəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43