Kateqoriyasız

“Qarabağ”a qalib gəlməliyik” – “Nant”ın futbolçusu

“Evdə qalib gəlməliyik”.

İdmanxeber.az-ın məlumatına görə, bunu “Nant”ın futbolçusu Andrey Cirotto Fransada “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunundan əvvəl mətbuat konfransında deyib.

30 yaşlı yarımmüdafiəçi qarşılaşmanın çox vacib olduğunu bildirib. Cirotto II turda Bakıda “köhlən atlar”a uduzduqlarını xatırladıb.

Qeyd edək ki, oktyabrın 27-də keçiriləcək “Nant” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43