Polşa “Lex”inin futbolçusu Mikhael İshak Bakıda “Qarabağ”a qarşı keçiriləcək UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda iştirak etməyə bilər.
İdmanxeber.az-ın məlumatına görə, Almaniyanın “Sankt-Pauli” klubunda təklif alan isveçli hücumçunun tezliklə Poznan təmsilçisini tərk edəcəyi gözlənilir.
29 yaşlı forvard daha əvvəl bu ölkənin “Köln” və “Nürnberq” komandalarında da çıxış edib.
Qeyd edək ki, iyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Lex” matçı saat 20:00-da başlayacaq. Poznandakı ilk qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu məhz Mikael İshak vurub.