Kateqoriyasız

“Kəpəz”dən problemli ayrıldı, “Araz Naxçıvan”a gedir

Transfer çalışmalarını davam etdirən “Araz Naxçıvan” heyətinə yeni futbolçu qatır.

İdmanxeber.az-a daxil olan məlumata görə, Naxçıvan klubu Nikoloz Baçaliaşvilini heyətinə qatır. Son olaraq “Qəbələ”nin əvəzedicilərində forma geyinən 19 yaşlı sağ cinah müdafiəçisi hazırda Gürcüstandadı. Millimizin aşağı yaş qruplarında da oynamış futbolçunun pasport problemi həll olunacağı halda o, “Araz Naxçıvan”a qoşulacaq.

Qeyd edək ki, gənc futbolçu 2020-ci ildə “Kəpəz”də də çıxış edib. Nika Baçaliaşvili Gəncə klubunda baş məşqçi Yaşar Vahabzadə ilə aralarındakı problem səbəbindən komandadan ayrılmışdı.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43