İdman

“Qarabağ”a transfer olundu, həyat yoldaşı boşanmaq istədi

“Qarabağ”ın müdafiəçisi Yakub Jezniçak həyat yoldaşı Edita Jazakdan boşanır.

İdmanxeber.com-un məlumatına görə, bu barədə Polşa mətbuatı xəbər yayıb. 2016-cı ildə ailə həyatı quran, ötən ilin sonlarında isə münasibətləri korlanan cütlüyün ayrılığın bir addımlığında olduğu vurğulanıb. Onların əsas boşanma səbəbi kimi isə Jezniçakın “Qarabağ”a transferi göstərilir. Kubanın Azərbaycana gəldikdən sonra xanımı ilə aralarında soyuqluq yarandığı iddia olunur.

Polşa mətbuatının yazdığına görə, cütlüyə yaxın adamlardan biri isə onların boşanmayacağını bildirib: “İndi hər şey yaxşıdır. Edita Kuba ilə Bakıda qalır və münasibətlərində heç bir problem yoxdur”.

Qeyd edək ki, Jezniçak mövsümün əvvəlində Polşanın “Legiya” klubundan “Qarabağ”a transfer olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43