Topaz Premyer Liqanın II turunda baş tutan “Sumqayıt”la oyundan (5:1) sonra iki gün istirahət edən “Qarabağ” klubu məşqlərə start verib.
Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə, komanda hazırlığa heç də tam heyətlə başlamayıb.
Rəşad Sadıqov, Qara Qarayev, Bədavi Hüseynov, Maksim Medvedev Azərbaycan, Nikolos Gelaşvili Gürcüstan, Ulrix Kapolonqo Konqo, Admir Teli və Ansi Aqolli isə Albaniya millisinə çağrılıb.
Bununla belə, “Qarabağ”ın zədəli futbolçuları düşərgəyə qayıdıb. Vüqar Nadirov və Riçard Almeyda artıq komandayla məşqlərə başlayıb.
Qeyd edək ki, “Qarabağ”ın 2-ci məşqi Suraxanı qəsəbə stadionunda baş tutacaq.