Ölkə futbolu

“Qarabağ”dan “Neftçi”yə sərt cavab: “Məsləhət görürəm ki, öz işi ilə məşğul olsun”

"Neftçi"nin vitse-prezidenti Tahir Süleymanovun yenidən "Qarabağ"ın "bostanına daş atması" qarşı tərəfi narazıçılığına səbəb olub. 

Əliyar Ağayevin tez-tez "Qarabağ"ın oyunlarına təyinat almasından danışan Süleymanovun bu ittihamlarına Ağdam klubundan münasibət gəlib.

“Qarabağ”ın icraçı-direktoru Əmrah Çəlikəllə əlaqə saxladıq. İdmanxeber.com-a danışan klub rəsmisi Süleymanovun səsləndirdiyi fikirlərə belə münasibət bildirib:

"Biz heç kimlə işimiz yoxdu və heç kimin işinə də qarışmırıq. Tahir Süleymanova da məsləhət görürəm ki, öz işi ilə məşğul olsun. Komandada uğursuzluq olar və bunu kiminsə ayağına yazmaq düzgün olmaz. Bu gün "Qarabağ" yaxşı formadadı və bundan da yaxşı olacaq. "Neftçi" tək Tahir Süleymanovdan ibarət deyil. Süleymanovun fikrini "Neftçi"nin fikri kimi qəbul eləmirəm".

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43