İdman

“Qarabağ”ın Avstriyadakı ilk oyununun saatı bilindi

“Qarabağ”ın Avstriya toplanışı çərçivəsində “Ludoqorets”lə keçirəcəyi yoxlama oyununun başlama saatı bəlli olub.

İdmanxeber.com-un məlumatına  görə, Bolqarıstan klubuyla iyunun 23-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Qeyd edək ki, “Qarabağ” “Ludoqorets”lə yanaşı, iyunun 26-da “Vakker İnsbruk” (Avstriya), 30-da Suriya yığması, iyulun 4-də isə “Dinamo” (Kiyev, Ukrayna) klubları ilə yoxlama oyunları keçiriəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43