"Qarabağ" İsveçrədə istədiyi futbolu sərgiləyə bildi. Necə istədisə, elə də oldu. Ehtiyyatlı, təmkinli və ağıllı…
"Köhlən atlar" öncə rəqibin ilk 15-20 dəqiqə nə edəcəyini gözlədi sonra isə, "vəziyyətə" görə "hərəkət" etdi. Hamı kimi onlarda "Yanq Boyz"un oyun başlayan kimi "sağlı-sollu" gələcəyini düşünmüşdülər. Amma rəqibin gözlənilən hücümları gecikincə "Qarabag" daha da cəsarətləndi. Oyunun müəyyən bölümündə müdafiəmizdəki çaşqınlıqdan qapımızda təhlükələr yaransa da, Reynaldonun fərdi ustalığı hesabına bu təhlükələrə cavab verirdik. Məhz Reynaldonun xüsusi oyunundan sonra "Yanq Boyz" bizi"hazır yem" hesab etmədi, çəkinmiyə məcbur oldu. Düzdür, "sambaçı" olduqca çox özünə güvənlə oynayır. Sözün əsl mənasında meydanda istədiyini edir. Potensialı bəlli oldugu üçün də "gözünün üstündə qaşın var deyən yoxdu".
Qolun ilk hissədə gəlməməsi əslində "Qarabag"ın çox ehtiyyatlı oynamasından irəli gəlirdi. Amma görünən o idi ki, Qurbanovun komandası oyuna çox yaxşı hazırlaşmışdı. O qədər yaxşı hazırlaşmışd ki, bu qədərini nə "Yanq Boyz", nə də biz gözləyirdik. Ancaq, Qurbanov işini bilirdi.
Ümumiyyələ "Qarabag" komandasının bəlli bir oyun sistemi var. Nə olur – olsun, oyun nəzəriyyəsindən qopmurlar. İstədikləri oyunu meydana "yansıta" bilirlər. Görünən odur ki,Qurbanov, komandanı yalniz fiziki, texniki yox, eyni zamanda psixoloji olaraq da hazırlaya bilir.
İkinci hissədə isə ehtiyyatlı oyun yerini ağıllı və təmkinli oyunla əvəzlədi. Yavaş-yavaş rəqibin üzərinə gəlməyə başladıq. Reynaldonun yaratdığı təhlükələr nəticəsiz qalsa da, Almeydanın möhtəşəm zərbəsi yerini tapdı. "Qarabag" səfərdə ilk işinin öhdəsindən gəlmişdi – qol vurmuşdu. Qarşıdakı dəqiqələrdə isə "Qarabağ"ın ikinci qolu vurub məsələni elə Berndə bitirəcəyini düşünsək də, Qurbanov buna getmədi. Əvvəlki oyun tempini saxlamaq, üstünlüyü əldən verməmək idi məqsəd… Doğru olanı da etdi…
Almeyda bizim üçün Avroliqa qruplarının "qapı"sını açdı. Artıq çətin səfərdə lazım olan nəticə artıqlaması ilə qazanıldı. Qalır Bakıdakı revanş.. Bünün üçünsə qarşıda bir "90" dəqiqə daha var.
Amma istənilən halda "Qarabag" növbəti dəfə də, adını tarixə "qızıl hərflər"lə yazdırmağı bacardı.
Qalır "gənc oğlanlar"ı Bakıda da devirmək. Hədəfə sadəcəbir addım qaldı…
Həsən Quluzadə