Kateqoriyasız

“Qarabağ”ın futbolçusu məyus oldu

Albaniya millisi yoxlama görüşləri çərçivəsində Macarıstanla qarşılaşıb.

İdmanxeber.com-un məlumatına görə, “Qarabağ”ın futbolçusu Ansi Aqollinin də formasını geyindiyi komanda macarlara minimal hesabla məğlub olub – 1:0.

Budapeştdə baş tutan qarşılaşmada “Qarabağ”ın “solaxayı” 90 dəqiqə meydanda olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43