21 yaşadək futbolçulardan ibarət milli komandamızın və “Qarabağ”ın futbolçusu Azər Salahlının İdmanxeber.com-a müshaibəsi.
– İlk hissədəburaxdığınız qollarla məğlub oldunuz. Oyun haqda nə deyərdin?
Çox istəyirdik ki, xal qazanaq. Ancaq alınmadı. İnşAllah qarşıdakı oyunlarda istəyimizə çatacağıq.
– Komandada sanki özünəinam çatmırdı… Farer adaları ilə oyunda belə deyildi….
Rəqib də çox güclü rəqib idi. Biraz çəkindik, qorxduq. İkinci hissə isə normal oynadıq. Yəqin bununla əlaqədardı.
– Nəyə ümid etmək olar? Yenə son pillədən qurtulmaq üçün oynayacaq komanda?
Çalışacağıq ki, maksimum nə qədər bacarırıqsa xal toplayaq. Təbii ki, sırf sonuncu pillədə qərarlaşmayaq deyə oynamırıq. Çalışacağıq ki, yüksək pillələrdə qərarlaşmağa çalışacağıq.
– Bir epizodda Avstriya millisinin baş məşqçisi ilə dialoqun oldu. Hətta o sənə futbolçusunu yerə yıxmağına görə sərt etiraz da etdi…
Futbolçunu yerə yıxandan sonra əl uzatdım və həmin oyunçu bunu qəbul etmədi. Bu zaman əsəbləşdim. Həm də həmin futbolçunun üstünə deyil, kənara tüpürdüm. Onların baş məşqçisi isə elə bildi futbolçusuna tüpürdüm və mənə “sən kapitansan” deyə-deyə nəyisə başa salmağa çalışdı. Mən də sonra üzr istədim və böyümədi məsələ.
– 4 gün sonra Almaniya ilə qarşılaşacaqsız. Bu matçla bağlı nə deyərdin?
Bugünkü oyun ağır idisə Almaniya ilə oyun bundna iki dəfə ağır olacaq.