Kateqoriyasız

“Qarabağ”ın legioneri Kabo-Verdeyə getdi

“Qarabağ”ın futbolçusu Patrik Andrade Kabo-Verde millisinə dəvət alıb.

İdmanxeber.az Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Liberiyaya qarşı keçiriləcək 2022-ci dünya çempionatının seçmə oyunları üçün yığmaya çağırılıb. Oyunlar oktyabrın 7-də və 10-da olacaq.

“Qarabağ”da daha əvvəl Marko Veşoviç Monteneqro millisinə çağırılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43