“Qarabağ”ın futbolçusu Yassin Benzia Əlcəzair millisinin heyətində Cənubi Afrika yığmasına qarşı yoxlama görüşündə iştirak edib.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli futbolçu 3:3 hesabı ilə bitən qarşılaşmada 2 qol vurub, 1 assit edib. Matçın 74-cü dəqiqəsində isə Benzia əvəzlənib.
Buna səbəb futbolçunun zədələnməsi olub. Ayağında ağırı hiss edən yarımmüdafiəçi məcburi olaraq kənara gəlib.
Benzianın son durumu ilə bağlı hər hansı bir açıqlama verilməyib.