Ölkə futbolu

“Qarabağ”ın “Qara” dərdi

Premyer Liqanın 22-ci turunda “Rəvan”la qarşılacaq “Qarabağ” artıq bu oyuna hazırdır.

İdmanxeber.com-un klubun saytına istinadən verdiyi məlumata görə,  Ağdam təmsilçisi hazırlıqlarını tamamlayıb.

Sonuncu turda AZAL-la qarşılaşdıqdan sonra istirahət etmədən dərhal hazırlıqlara başlayan komanda bu oyuna ciddi itki ilə çıxacaq. Qara Qarayev vərəqə limitini doldurduğuna görə “Rəvan”la matçı buraxmalı olacaq.

Qeyd edək ki, “Rəvan” – “Qarabağ” qarşılaşması sabah baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43