Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Marsel” növbəti transferi həyata keçirib.
Fransızlar “Arsenal”da oynamış Sead Kolaşinaçı transfer edib. Klub müdafiəçi ilə 2023-cü ilin yayına kimi müqavilə imzalayıb.
“Marsel” bundan əvvəl Sedrik Bakambunu transfer etmişdi.
“Qarabağ”la “Marsel” arasındakı ilk oyun fevralın 17-də Fransada, cavab oyunu isə fevralın 24-də Bakıda keçirəcək.