“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Çelsi” heyətində dəyişiklik edib.
İdmanxeber.az-ın məlumatına görə, London təmsilçisi zədələnən Dario Essuqonun əvəzinə Fakundo Buonanotteni sifariş edib. Essuqo ötən həftə əməliyyat olunduğu üçün turnirdə iştirak edə bilməyəcək.
Xatırladaq ki, “Qarabağ” noyabrın 4-də Bakıda “Çelsi” ilə qarşılaşacaq.

