Premyer Liqa

“Qarabağ”la matç öncəsi “Qəbələ”də ciddi itkilər

Sabah “Qəbələ” Azərbaycan Premyer Liqasının 25-ci turunda “Qarabağ”ın qonağı olacaq.

Klubdan idmanxeber.com-a verilən məlumata görə, komanda bu görüşə  ciddi itki ilə çıxacaq. Belə ki, “qırmızı-qaralar” Vitali Vernidubun köməyindən yararlana bilməyəcək. Buna səbəb futbolçunun zədəli olmasıdır. Digər zədəli futbolçu Elvin Camalov isə fərdi məşqlərə başlasa da, sabahkı oyunda forma geyinməyəcəyi gözlənilir.

Qeyd edək ki, “Tofiq Bəhramov”da keçiriləcək matç saat 20:30-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43