“Lion”un forvardı Jorj Mikautadze karyerasını Türkiyə Superliqasınd davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, gürcü futbolçu “Qalatasaray”ın transfer siyahısında yer alıb.
Hazırda maliyyə problemləri yaşayan “Lion” vəziyyətən çıxış yolu kimi bəzi aparıcı futbolçularını satmaq məcburiyyətində qalıb. “Cim-bom” da bu durumdan öz xeyrinə yararlanmaq niyyətindədi. Bu baxımdan da “sarı-qırmızılar” qışda Mikautadze transferini həll etməyi düşünür.
Qeyd edək ki, gürcü hücumçu cari mövsümdə bütün turnirlərdə 20 oyuna çıxıb və 6 qol vurub. O, Bakıda “Qarabağ”la matçda da komandasının vurduğu 4 qoldan 2-sinin müəllifi olub.