Kateqoriyasız

“Qarabağ”la oyunlar həlledici olacaq”

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Dnepr” klubunun kapitanı Ruslan Rotan Ukrayna mətbuatına müsahibə verib.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli oyunçu “Qarabağ”la oyunların həlledici olacağını bildirib:

“Həm “Qarabağ”la, həm də “Sent-Etyen”lə oyunlar bizim üçün həlledici olacaq. Düzdü, “İnter” artıq ilk pillədə möhkəmlənib.  Yəqin, biz ikinci pillə uğrunda mübarizə aparacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43