Ölkə futbolu

“Qəbələ” AFFA-nın “hə”sini aldı, qaldı UEFA – AÇIQLAMA

“Qəbələ”nin Avropa Liqasında ev oyunlarını doğma azarkeşləri önündə keçirmə ehtimalının yüksək olması ilə bağlı ilk dəfə biz sizi məlumatlandırmışdıq.

İdmanxeber.com-a açıqlama verən klubun baş meneceri Zaur Əzizov artıq stadionda son tamamlama işlərinin getdiyini, yaxın günlərdə Qəbələ şəhər stadionunun hazır vəziyyətə gətiriləcəyini bildirib:

“Biz öz öhdəmizə düşəni edirik. Demək olar ki, bütün işlər görülüb. Yekunlaşması qalır ki, yaxın günlərdə də bu həllini tapacaq. Ev oyunlarını Qəbələdə keçirmək ehtimalımız çox yüksəkdi. AFFA da bu yöndə bizə köməıklik edir və onlar görülüən işlərdən və stadionun durumundan razıdılar. Qalıır UEFA-nın cavabı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43