Kateqoriyasız

“Qəbələ” “Dnepr”ə uduzdu (YENİLƏNİB)

“Qəbələ” bu gün son yoxlama oyununu keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, yanvarın 10-dan Antalyada təlim-məşq toplanışında olan “qırmızı-qaralar” 3-cü sınağında Ukraynanın “Dnepr” klubu ilə qarşılaşacaq.

Qonşu ölkədə Almaniyanın “Osnabryuk” (1:1) və İsveçrənin “Sürix” (4:0) klubları ilə qarşılaşan Roman Qriqorçukun komandası  bu gün baş tutacaq son matçı ilə hazırlıqları tamamlayacaq.

24 yanvar

Yoxlama oyunu

19:00. “Qəbələ” – “Dnepr” (Ukrayna) 0:1

Qol: Edmar, 39

Antalya. “Gloria Sport Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43