Ölkə futbolu

“Qəbələ” ilə matç öncəsi Sxadazenin dərdi

Yeni mövsümə hazırlıqlarını davam etdirən “İnter” gələn həftə start götürəcək çempionat matçına hazırlaşır.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, ilk turda “Qəbələ”ni qonaq edəcək “bankirlər” bu matça ciddi itki ilə çıxacaqlar.

Belə ki, Avroliqanın ilk təsnifat mərhələsinin Moldova “Tiraspol”u ilə oyununda zədələnən Elvin Məmmədov bu matçı buraxacaq. Sxadadze Məmmədov hazır olacağı təqdirdə belə, uzun müddətdir məşq etməyən futbolçuya şans verməyi düşünmür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43