Bu gün Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları keçirilir.
İdmanxeber.com-un məlumatına görə, turnirdə ölkəmizi təmsil edən "Qəbələ" qrup mərhələsinə vəsiqə uğurunda Yunanıstan "Panatinaikos"unu qonaq edib.
Avroliqada öz meydanında nəinki uduzmayan, hətta qol buraxmayan Qriqorçukun rəhbərlik etdiyi komanda Yunanıstan nəhəngi ilə matçda da eyni nəticəni göstərib. Lakin bu dəfə qələbə qazanmaq mümkün olmayıb. Oyun başladığı kimi də bitib – 0:0.
Qeyd edək ki, “Qəbələ” pley-off mərhələsinə qədər ardıcıl olaraq “Dinamo” (Gürcüstan), “Çukariçki” (Serbiya) və “Apollon”u (Kipr) mübarizədən kənaralaşdırıb.
20 avqust
Avropa Liqası, pley-off mərhələsinin ilk oyunlar
21:00. “Qəbələ” (Azərbaycan) – “Panatinaikos” (Yunanıstan) 0:0
Hakimlər: Andre Marriner, Simon Bennett, Li Bettsı (İngiltərə)
Bakı. 8-ci kilometr qəsəbə stadionu