Kateqoriyasız

“Qəbələ” “Xəzər Lənkəran”dan ayrılan futbolçuları heyətinə qatır

“Qəbələ” “Xəzər Lənkəran”dan ayrılan Ruslan Abışov və Vüqar Nadirovu heyətinə qatmağa hazırlaşır.

Klubdan İdmanxeber.com-a verilən məlumata görə, Vüqar Nadirovla ilkin razılıq əldə olunub. Onunla sabah rəsmi müqavilə imzalanacaq.

Ruslan Abışov isə qərarını sabah verəcək. Əgər klubun irəli sürdüyü şərtlər futbolçunu qane edəcəksə o zaman Abışov yenidən “Qəbələ”də çıxış edə bilər.

Qeyd edək ki, “Neftçi” də Abışovu heyətinə qatmaqda maraqlıdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43