İdman

“Qəbələ”də hər kəsi narahat edən məqam: “Neftçi” ilə oyunu buraxacaqlar

“Qəbələ” Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Neftçi” ilə ilk oyununa ciddi itkilərlər çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, “qırmızı-qaralar”ın heyətində müdafiəçi Vernidub və qolkiper Dmitri Bezotosnı zədəli olduğundan sözügedən oyunda meydana çıxa bilməyəcək.

Əyalət klubunun problemi bununla bitmir. Komandnaın əsas hücumçusu Baqali Dabonun da, zədəsi var. O, “Zirə” ilə oyunda zədələnib. Fransalı futbolçunun “Neftçi” ilə görüşdə meydana çıxıb-çıxmayacağı sual altındadı.

Qeyd edək ki, aprelin 12-də keçiriləcək “Qəbələ” – “Neftçi” matçı saat 18:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43