Kateqoriyasız

“Qəbələ”nin uğurlu transferi: “Hətta, bu, məni təəccübləndirdi”

“Qəbələ”nin slovakiyalı müdafiəçisi Pavol Farkaş Slovakiyanın profutbol.sk saytına müsahibə verib. 

İdmanxeber.com-un məlumatına görə, o, müsahibəsində “Qəbələ”dəki karyerasından danışıb

“Qəbələ”yə gəldiyimə görə qətiyyən peşman deyiləm. Azərbaycanda oynamağımı geriyə addım hesab etmirəm. Mənim üçün yeganə təəssüfləndirici məqam İtaliya çempionatında möhkəmlənə bilməməyimdi. Amma həmişə irəliyə baxmaq lazımdı”.

Farkaş Azərbaycanın slovaklar üçün o qədər də tanınmış ölkə olmadığını etiraf edib: “Burada tam fərqli mədəniyyət, mentalitet var. Azərbaycanın müasir ölkə olması doğrudumu? Tam olmasa da, elədi. Paytaxt çox gözəldi. Bakı gündən-günə yenilənir. Amma digər şəhərlər barədə eyni sözləri demək çətindi”.

“Qəbələ”nin futbolçusu Azərbaycanda futbolun inkişaf etdiyini dilə gətirib: “Fikrimcə, burada inkişaf var. “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki çıxışı buna əyani sübutdu. Klubların iqtisadi vəziyyəti də kifayət qədər yaxşıdı, hətta deyərdim ki, məni təəccübləndirdi. Mən bunu gözləmirdim”.

“Buradakı stadionlar normal vəziyyətdədi. Amma böyük azarkeş marağının olduğunu deməzdim. Qəbələdəki oyunlarımıza 2-3 min azarkeş gəlir.

“Qəbələ” hazırda çempionatda dördüncü yerdə getsə də, şəraitinə görə Azərbaycanın ən yaxşı klublarından biridi. Bazamızda əla qazona malik yeddi meydança var. Biz futbolçulara yalnız məşq və oyunlara köklənmək qalır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43