Kateqoriyasız

“Qarabağ”ın futbolçusu Fransa və İtaliyaya qarşı

Fransa və İtaliya ilə qarşılaşacaq Albaniya millisinin heyəti açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, açıqlanan siyahıda 27 futbolçu yer alıb. “Qarabağ”ın müdafiəçisi Ansi Aqolli də açıqlanan siyahıda var.

Albaniya millisi oktyabrın 14-də Fransa, 18-də isə İtaliya yığması ilə üz-üzə gələcək. Əgər komandanın italiyalı baş məşqçisi Canni De Byasi şans verərsə, Aqolli həmin oyunlarda meydana çıxa biləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43