Kateqoriyasız

“Qəbələ”nin yeni baş məşqçisinin adına aydınlıq gəldi

“Qəbələ”nin baş məşqçi postuna əsas namizəd olan Roman Qriqorçuk Azərbaycana gəlib. Ukraynalı mütəxəssis bu gün keçirilən “Qəbələ” – “Qarabağ” oyununu canlı izləyib.
İdmanxeber.com-un məlumatına görə, klubun vitse-prezidenti Fariz Nəcəfov danışıqların gedişi barədə məlumat verib: “Öncə qeyd edim ki, Qriqorçuk bizim komandanı çox yaxşı tanıyır. Çünki Dorinel Muntanyudan əvvəl də namizədlər arasında var idi. Hətta ona futboçularımız haqda məlumat verməyə də ehtiyac qalmadı. Çünki hamını çox yaxşı tanıyırdı. Danışıqlar davam edir. Hətta müəyyən irəliləyişlər var. Danışıqların gedişi barədə əlavə məlumat verəcəyik. Qriqorçukla 1,6 illik müqavilə bağlamağı nəzərdə tutmuşuq.
Qeyd edək ki, Qriqorçukun son iş yeri Ukraynanın “Çernomorets” klubu olub. O, bundan əvvəl Latviyanın “Dinaburq”, “Ventspils” və Ukraynanın “Metallurq” (Zaporoje) klublarını çalışdırıb. 49 yaşlı mütəxəssis Dorinel Muntanyudan əvvəl də “Qəbələ”nin baş məşqçi postuna namizəd olub (Fanat.az).

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43