“Mançester Siti” 1/8 final mərhələsinin cavab oyununda “Leyptsiq”i darmadağın edib (7:0).
İdmanxeber.az-ın məlumatına görə, “şəhərlilər”in ulduz futbolçusu Erlinq Haland görüşdə beş qol vurub. O, matçın ardından qarşılaşma barədə fikirlərini bildirib:
“Əla axşam idi. Birincisi, bu turnirdə oynamaqdan qürur duyuram, xoşuma gəlir. Beş qol vurmaq mükəmməl duyğudur. 7:0 hesabı ilə qalib gəlmək isə heyrətamizdir. Mənim üçün hər şey duman kimidir. Qol vurduğumu xatırlayıram, amma nələr hiss etdiyimi yox. Qollara sevinməkdən yoruldum.
Mənim super gücüm qol vurmaqdır. Qarşımda hədəflərim var. Onlara nail olmalıyam. Dünən biz pressinq üzərində çox işlədik. Topu geri qaytarmaqda çox yaxşıyıq, bunu daha tez-tez etməliyik. Biz daha çox təzyiq göstərə bilərik.
Pep Qvariola beş qol vurduqdan sonra məni əvəzlədi. Meydandan çıxanda ona dedim ki, 6-cını vurmaq istəyirdim. Amma nə edəsən, alınmadı”.