“Qalatasaray”ın “Qarabağ”la yoxlama oyunu keçirəcəyi xəbərini vermişdik.
İdmanxeber.az-ın məlumatına görə, qarşılaşmadan əldə edilən gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlara bağışlanacaq. Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşma martın 26-da keçiriləcək. Oyuna 20:00-da start veriləcək.
Artıq indidən matça maraq kifayət qədər yüksəkdir. Dünən Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə biletlərin qiymətlərinin də bəlli olduğunu açıqlayıb.
O, qiymətlərin 3-5-30-50-100-150 manat təşkil edəcəyini bildirib. Artıq tarixi qarşılaşma üçün biletlərin satışa çıxarılacağı tarix də bəllidir.
Biletlər martın 16-dan satışda olacaq.

